Beyləqan rayon Ovçular Cəmiyyətinin sədri A.Süleymanov ehtiyyatsızlıqdan tüfəngdən atəş açılması nəticəsində ölmüş, digər iki nəfər xəsarət almışlar
19.10.2012Oktyabrın 21-də Beyləqan rayon sakini polisə zəng edərək, qəsəbə ərazisində 4-5 nəfər arasında mübahisə olması, onlardan birinin atəş açaraq digərini yaraladıqdan sonra "VAZ-2106" və 2 ədəd "Niva" markalı avtomaşınlarda getmələri barədə məlumat vermişdir. Araşdırmalar zamanı müəyyən edilmişdir ki, Beyləqan şəhər sakini Ruhi Mahmudov, Mahir Əliyev, Mahir Hüseynov, Vasif Əsədov və Natiq Muradxanovun qəsəbə ərazisində ov edərkən, oraya Beyləqan rayon Ovçular Cəmiyyətinin sədri Allahyar Süleymanov və onunla birgə olan Ruslan Alxanov və Əbülfət Cəfərov gəlmişlər. E.Süleymanov onlardan tüfənglərini təhvil vermələrini tələb etmişdir. Tələb yerinə yetirilmədiyindən A.Süleymanov tüfəngi dartıb almağa cəhd göstərərkən atəş açılmışdır. Nəticədə, A.Süleymanov aldığı xəsarətdən ölmüş, R.Alxanov və Ə.Cəfərov xəsarət almışlar.