Yevlax rayonunun Kövər kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
07.10.2012Oktyabrın 8-də saat 08.00 radələrində Yevlax rayonunun Kövər kəndinin ərazisində, rayon sakini Asif Nəsibovun idarə etdiyi "VAZ-2104" markalı avtomaşınla, Bərdə rayon sakini Nofəl İsmayılovun idarə etdiyi "MTZ-82" markalı traktor toqquşmuşdur. Nəticədə A.Nəsibov hadisə yerində ölmüşdür.