Ağstafa rayonunun Aşağı Göyçəli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
07.10.2012Oktyabrın 8-də saat 19.30 radələrində Ağstafa rayonunun Aşağı Göyçəli kəndi ərazisində, rayon sakini Pərviz Quliyevin idarə etdiyi "VAZ-2107" və Bakı şəhər sakini Eyyub Yolçuyevin idarə etdiyi "Ford" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə P.Quliyev və sərnişinləri İranə Tağıyeva və Elmir Tağıyev xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.