Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
06.10.2012Oktyabrın 7-də saat 17.00 radələrində Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində, kənd sakini Şamil Mahmudov "Mercedes E-240" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sərnişinlərindən Yusif İlyasov hadisə yerində ölmüş, xəsarət almış Mahir Mədətov və Kamil Xasməmmədov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.