Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi
06.10.2012Oktyabrın 7-də saat 12.40 radələrində Abşeron rayonu ərazisində, Ağdam rayon sakini Razi Qurbanov "Mitsubhisi Pajero" markalı avtomaşını idarə edərkən infarkt keçirdiyindən idarəetməni itirmiş, avtomaşınını qarşıda gedən Siyəzən rayon sakini Pənahi Əliyevin idarə etdiyi "KİA-RİO" markalı avtomaşına vurmuşdur. Nəticədə avtomaşınlara qismən ziyan dəymiş, R.Qurbanov isə ölmüşdür.