Goranboy rayonunun Goran qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
03.10.2012Oktyabrın 4-də saat 21.50 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində, Türkiyə vətəndaşı İbrahim Halilin idarə etdiyi "Skaniya" markalı avtomaşınla, Yevlax rayon sakini Səhman Mehdiyevin idarə etdiyi "Belorus" markalı traktor toqquşmuşdur. Nəticədə S.Mehdiyev və sərnişini Sadiq Mehdiyev hadisə yerində ölmüşlər.