Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
03.10.2012Oktyabrın 4-də saat 01.00 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində, qəsəbə sakini Böyükağa Həsənov "Opel" markalı avtomaşını idarə edərkən onu yolun kənarında dayanmış Bakı şəhər sakini Şahin Baloğlanova məxsus "Mercedes" markalı avtomaşına vurmuşdur. Nəticədə xəsarət almış B.Həsənovun sərnişinləri - arvadı Dilşada, oğlu Murada və Elvira Həsənovaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışlar.