Bakı şəhər sakini Afət Kərimov məxsus avtomaşın qaçırılmışdır
24.09.2012Sentyabrın 24-də Sabunçu rayonunun 1-ci Zabrat qəsəbəsindəki avtoyuma sexindən Bakı şəhər sakini Afət Kərimov məxsus "Mersedes" markalı avtomaşın qaçırılmışdır. Sabunçu RPİ 15-ci PB və Çevik Polis Alayı əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşın saxlanılmış, sürücüsü isə hadisə yerindən qaça bilmişdir. Araşdırmalar zamanı avtomaşının həmin sexdə işləyən Ağcabədi rayon sakini Rövşən Əsədov tərəfindən qaçırılması müəyyən edilmişdir.