Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
24.09.2012Sentyabrın 25-də saat 01.00 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində, Bakı şəhər sakini Ramiz Vəlikişiyev "Chevrolet-Aveo" markalı avtomaşını idarə edərkən, onu qarşıda gedən Astara rayon sakini Asif Eyniyevin idarə etdiyi "KamAZ" markalı avtomaşına vurmuşdur. Nəticədə R.Vəlikişiyevin sərnişini Məhəmməd Şükürov hadisə yerində ölmüş, xəsarət almış özü isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.