Oğurluğa cəhd göstərmiş Yevlax şəhər sakini Roza Xasanova tutulmuşdur
22.09.2012Zərdab RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 20-də Mehman Qədirovun evindən oğurluğa cəhd göstərmiş Yevlax şəhər sakini, əvvəllər məhkum olunmuş Roza Xasanova tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun həmin gün Tünzalə Məlikovanın evindən 7650 manat dəyərində qızıl əşyaları oğurlaması da müəyyən edilmişdir.