Masallı rayonu ərazisində yol-nəqliyyat hadisəsi
22.09.2012Sentyabrın 23-də saat 02.30 radələrində Masallı rayonu ərazisində, Lənkəran rayon sakini Bayram Şuşayev "Kia" markalı avtomaşını idarə edərkən onu qarşıda gedə Lerik rayon sakini Baladdin Məstiyevin idarə etdiyi "QAZ-5312" markalı avtomaşına vurmuşdur. Nəticədə B.Şuşayevin sərnişinlərindən Fəxri Səfərov hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinləri Aqil Səfərov, Natiqə Rəhimova və onun qızı Aytən isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.