Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
20.09.2012Sentyabrın 21-də saat 16.00 radələrində Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində, Müşfiqabad qəsəbə sakini Salman Şirinovun idarə etdiyi "Mercedes-E 200" və Tovuz rayon sakini Yusif Tağıyevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Y.Tağıyevin sərnişini Müşfiqabad qəsəbə sakini Eyvallah Hüseynov aldığı xəsarətdən hadisə yerində ölmüşdür.