Gürcüstan vətəndaşı Maya Quqanidzenin idarə etdiyi avtomaşında məişətdə istifadə olunan qaz balonunun sızması nəticəsində yanğın baş vermişdir
20.09.2012Sentyabrın 21-də saat 19.00 radələrində Yasamal rayonu ərazisində, Gürcüstan vətəndaşı Maya Quqanidzenin idarə etdiyi "VAZ-21011" markalı avtomaşında məişətdə istifadə olunan qaz balonunun sızması nəticəsində yanğın baş vermişdir. Nəticədə avtomaşının salonu qismən yanmış, yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmiş sürücüyə isə tibbi yardım göstərildikdən sonra buraxılmışdır.