Kabel oğurlamaqda şübhəli bilinən Qobustan qəsəbə sakinləri Azər Mövlamov və onun qardaşı Nemət tutulmuşlar
19.09.2012Sentyabrın 20-nə keçən gecə Qaradağ rayonu ərazisində, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus 1200 metr uzunluğunda mis naqil dirəklərdən kəsilərək oğurlanmışdır. Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Qobustan qəsəbə sakinləri Azər Mövlamov və onun qardaşı Nemət tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların cari il avqustun 12 və 28-də Dövlət Neft Şirkətinin "Neftqaz" Tikinti Trestinə məxsus 1200 metr və 105 №-li yarımstansiyadan, qaz saxlama anbarına çəkilmiş 1430 metr uzunluğunda elektrik kabelini kəsərək oğurlamaları da müəyyən edilmişdir.