Oğurluq etmiş H.Z.Tağıyev qəsəbə sakini Bəxtiyar Baxşıyev və Xızı rayon sakini Elməddin Aftilov tutulmuşlar
19.09.2012Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 20-nə keçən gecə H.Z.Tağıyev qəsəbəsi ərazisində, qəsəbə sakinləri Qorxmaz Hacıyevə, Sabir Xanməmmədovə və Məhbubə Əhmədovaya məxsus mağazalardan 150 manat pul, ərzaq məhsulları, danışıq kartları, spirtli içkilər və tütün məmulatı oğurlamış həmyerliləri əvvəllər məhkum olunmuşlar Bəxtiyar Baxşıyev və Xızı rayon sakini Elməddin Aftilov tutulmuşlar. E.Aftilovun üzərinə baxış zamanı 0,290 qram heroin aşkar edilərək götürülmüşdür.