Lənkəran rayonu ərazisində "VAZ-2107" markalı avtomaşınla yolun hərəkət hissəsində velosiped sürən E.Məmmədov vurulmuşdur
26.08.2012Avqustun 28-də saat 00.30 radələrində Lənkəran rayonunun Şiləvar kəndi ərazisində, kənd sakini Elvin Quliyev "VAZ-2107" markalı avtomaşını idarə edərkən yolun hərəkət hissəsində velosiped sürən həmkəndlisi Elcan Məmmədovu vurmuşdur. Nəticədə xəsarət almış E.Məmmədov xəstəxanaya aparılarkən yolda ölmüşdür.