Avqustun 26-da itkin düşmüş Novruz adlı şəxsin meyiti Samur-Abşeron su kanalında tapılmışdır
26.08.2012Avqustun 26-da H.Z.Tağıyev qəsəbəsi ərazisində olan Kəlbəcər rayon sakini Mehriban Nuriyevaya məxsus "Kəndli Fermer" təsərrüfatının ərazisindən itkin düşmüş orada çoban işləyən Novruz adlı şəxsin suda boğulmuş meyiti avqustun 27-də Samur-Abşeron su kanalının Abşeron rayonunun ərazisindən keçən hissəsində tapılmışdır. Sumqayıt şəhəri 2-ci PB əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində onun Şəki rayon sakini Novruz Yunisov olması müəyyən edilmişdir. Araşdırmalar aparılır.