Ucar rayonunun Ramal kəndi ərazisində yol-nəqliyyat hadisəsi
26.08.2012Avqustun 27-də saat 22.00 radələrində Ucar rayonunun Ramal kəndi ərazisində, rayon sakini Zamiq Vəliyevin idarə etdiyi "VAZ-2107" və Bakı şəhər sakini Akif Musayevin idarə etdiyi "VAZ-2121" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Z.Vəliyevin sərnişinləri - oğlu Nuran və Anar Qəhrəmanov hadisə yerində ölmüş, xəsarət almış özü isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.