Avqustun 25-də A.Abbasova məxsus avtomaşını qaçırmış şəxslər tutulmuşlar
25.08.2012Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 25-də Abbas Abbasova məxsus qaçırılmış "VAZ-2106" markalı avtomaşın həmin gün Bakıxanov qəsəbəsi ərazisində əzilmiş vəziyyətdə tapılmışdır. Avtomaşını qaçırmış Bakı şəhər sakinləri Elsəvər Mirəliyev, Tural Qasımov və Masallı rayon sakini Qiyaməli Bayramov tutulmuşlar.