Kürdəmir rayonu ərazisində yol-nəqliyyat hadisəsi
25.08.2012Avqustun 26-da saat 17.30 radələrində Kürdəmir rayonu ərazisində, Bakı şəhər sakini Elmdar Əsgərovun idarə etdiyi "KamAZ" və Ağsu rayon sakini Aydın Məmmədovun idarə etdiyi "VAZ-2103" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə A.Məmmədov hadisə yerində ölmüş, sərnişinləri oğlu Namət və nəvəsi Fərid isə xəstəxanaya yerləşdirilmişlər. Fərid orada ölmüş, Namətin vəziyyəti isə orta-ağırdır.