Şəki rayonu ərazisində T.Kərimov avtomaşını idarə edərkən onu aşırmışdır
25.08.2012Avqustun 26-da saat 20.45 radələrində Şəki rayonunun Baş Küngüt kəndi ərazisində, rayon sakini Tərlan Kərimov "Mercedes" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüş, xəsarət almış sərnişini isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.