Göygöl rayonunun Quşqara kəndi ərazisində yol-nəqliyyat hadisəsi
16.08.2012Avqustun 18-də saat 00.30 radələrində Göygöl rayonunun Quşqara kəndi ərazisində, Şəmkir rayon sakini Pərviz Məhərrəmovun idarə etdiyi "VAZ-21011" və Gəncə şəhər sakini Teymur Hacıyevin idarə etdiyi "Jeep" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə P.Məhərrəmovun sərnişini İmamverdi Sadıqov hadisə yerində ölmüş, xəsarət almış sürücü isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.