Ucar şəhəri ərazisində mağazadan oğurluq etmiş bir qrup şəxs tutulmuşdur
16.08.2012Avqustun 11-nə keçən gecə Ucar şəhəri ərazisində, şəhər sakini Ələkbər Həsənova məxsus mağazadan pəncərədən girmək yolu ilə 200 manat dəyərində ərzaq məhsulları və tütün məmulatı oğurlanmışdır. Ucar RPŞ əməkdaşlarının həyata keçridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş rayon sakinləri Tağı Tağıyev, Mahir Əliyev və Hüseyn Vəliyev tutulmuşdur.