Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində fərdi evlərdən birində qaz sızmasından partlayış baş vermişdir
15.08.2012Avqustun 17-də saat 05.10 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisindəki fərdi evlərdən birində yaşayan Nuşirəvan Əsgərova məxsus evdə məişət qazının sızmasından yanğına keçən ani partlayış baş vermişdir. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, N.Əsgərov və oğlanları Rafiq, Natiq hadisə yerində yanaraq ölmüş, yanıq xəsarətləri almış arvadı Sahilə Rəhimova və digər oğlu Ramil isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri ağırdır.