Avqustun 15-də itkin düşmüş Lənkəran rayon sakini Z.Bağırovun meyiti tapılmışdır
15.08.2012Avqustun 15-də Lənkəran rayonunun Osaküçə kəndinin ərazisindəki göldə, Digah kənd sakini lal-kar Ziyafət Bağırov balıq tutarkən naməlum şəraitdə itkin düşmüşdür. Avqustun 16-da Z.Bağırovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti göldən çıxarılmışdır.