Xəzər rayonu ərazisində A.Heydərov avtomaşını idarə edərkən iki piyadanı vurmuşdur
14.08.2012Avqustun 15-də saat 22.50 radələrində Xəzər rayonu ərazisində Bakı şəhər sakini Anar Heydərov "VAZ-2104" markalı avtomaşını idarə edərkən yolu keçən Firudin Əliyev və Məhəmmədkamal Məmmədovu vurmuşdur. Nəticədə F.Əliyev xəstəxanaya aparılarkən yolda ölmüş, M.Məmmədov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.