Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi
14.08.2012Avqustun 15-də saat 17.45 radələrində Abşeron rayonu ərazisində, Bakı şəhər sakini Əbilağa Bilişovun idarə etdiyi "Kia" markalı, Qobustan rayon sakini Qurban Sədiyarovun idarə etdiyi "VAZ-2107" və Ağdam rayon sakini Elmir Əliyevin idarə etdiyi "Hyundai" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Q.Sədiyarovun xəsarətlə xəstəxanaya yerləşdirilmiş sərnişini, qardaşı Mirağa orada ölmüşdür.