Qobustan rayonu ərazisində yol-nəqliyyat hadisəsi
13.08.2012Avqustun 14-də saat 15.00 radələrində Qobustan rayonu ərazisində, Bakı şəhər sakinləri Abdurrəhman Adıgözəlovun idarə etdiyi "Mitsubishi-Pajero" və Nizaməddin Musayevin idarə etdiyi "VAZ-21099" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə "Jiquli"dəki 2 sərnişini hadisə yerində, sürücüsü N.Musayev isə xəstəxanada ölmüşlər. Digər sürücü və sərnişinlər isə xəstəxanaya yerləşdirilmişlər.