Masallı rayonunun Seybətin kəndi ərazisində yanacaqdoldurma məntəqəsində yanğın baş vermişdir
13.08.2012Avqustun 14-də saat 11.10 radələrində Masallı rayonunun Seybətin kəndi ərazisində, kənd sakini Qadir Zeynalova məxsus yanacaqdoldurma məntəqəsində, rayon sakini Balaxan Rəcəbov "KamAZ" markalı avtomaşınından çənə yanacaq boşaldarkən yanğın baş vermişdir. Nəticədə avtomaşının yanar konstruksiyaları və çəndə olan 31 ton yanacağın (benzin) 27 tonu yanmış, xəsarət alan olmamışdır.