Gəncə şəhərində avtomaşın qaçırmış və onu idarə edərkən YNH törətmiş S.Bağırov tutulmuşdur
11.08.2012Avqustun 12-də Gəncə şəhərində, şəhər sakini Hamlet Mahmudova məxsus "VAZ-2106" markalı avtomaşın, Ağstafa rayon sakini tanışı Samir Bağırov tərəfindən qaçırılmış və idarə edilərkən Bərdə rayon sakini Şahid Davudovun idarə etdiyi "Toyota" markalı avtomaşına vurulmuşdur. Nəticədə avtomaşınlara qismən ziyan dəymiş, S.Bağırov Kəpəz RPİ əməkdaşları tərəfindən tutulmuşdur.