Paytaxtın Nizami rayonu ərazisində X.Əliyevə qarşı quldurluq etmiş Xaçmaz rayon sakini K.Cəfərov tutulmuşdur
11.08.2012Avqustun 10-da Bakının Nizami rayonu ərazisindəki istirahət parkında, Kamran adlı şəxs Bakı şəhər sakini Xəzər Əliyevə qarşı zor tətbiq edərək, ondan 43 manat pul və gümüş qolbağısını almışdır. Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Xaçmaz rayon sakini Kamran Cəfərov tutulmuşdur.