Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
04.08.2012Avqustun 5-də saat 07.45 radələrində Sumqayıt şəhəri ərazisində, müəyyən edilməmiş avtomaşınla Təzə Corat qəsəbə sakini Samir İbadov vurulmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır. Görülmüş tədbirlər nəticəsində hadisəni törətmiş "Mercedes-190" markalı avtomaşının sürücüsü şəhər sakini Zahid Zeynalov saxlanılmışdır.