Oğurluq etdiklərinə görə tutulmuş Rövşən Əzizovun və Mübariz Kərimovun digər cinayət əməlləri müəyyən edilmişdir
04.08.2012Oğurluq etdiklərinə görə avqustun 4-də DİN-in Baş Cinayət-Axtarış İdarəsi və Cəlilabad RPŞ əməkdaşları tərəfindən tutulmuş Rövşən Əzizovun və Mübariz Kərimovun ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların 2010, 2011 və 2012-ci illər ərzində, rayon sakinləri Qismət Dadaçova, Əlibala Alışova, Mirmehdi Almasova və Əlişah Gəncəliyevə məxsus ümumilikdə 24 baş inəyi oğurlamaları da müəyyən edilmişdir.