Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Cəlilabad şəhər sakini Əli Rəhmətov ölmüşdür
03.08.2012Avqustun 3-də saat 22.00 radələrində Cəlilabad rayonu ərazisində, rayon sakini Vidadi Abışov "QAZ-3302" markalı avtomaşını idarə edərkən yolu keçən şəhər sakini 5 yaşlı Əli Rəhmətovu vurmuşdur. Nəticədə xəsarət almış uşaq xəstəxanaya aparılarkən yolda ölmüşdür.