Sabirabad rayon sakini Zeynal Ələkbərovun ölümü ilə bağlı arvadı Gülbəniz Ələkbərova tutulmuşdur
03.08.2012Avqustun 3-də Sabirabad rayon sakini Zeynal Ələkbərovun itkin düşməsi barədə verilmiş məlumatla əlaqədar araşdırmalar zamanı onun 2011-ci ilin yanvar ayının 16-da qardaşı Əli (2011-ci ilin aprel ayında öz əcəli ilə ölmüşdür) və arvadı Gülbəniz Ələkbərova tərəfindən öldürülərək Suqovuşan kəndindəki evinin zirzəmisində basdırılması müəyyən edilmişdir. G.Ələkbərova Sabirabad RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.