Arvadını və yeznəsini qətlə yetirmiş Salyan rayonunun Arbatan kənd sakini Xəlil Hüseynov tutulmuşdur
26.07.2012İyulun 27-də Salyan rayonunun Arbatan kənd sakini Xəlil Hüseynov həyətində qısqanclıq zəminində bıçaqla arvadı Kubranı, kəndin ərazisində yeznəsi Zaur Gözəlovu qətlə yetirmiş, sonra isə Salyan şəhərinə gedərək arvadının xalası oğlu Cəlal Baxışova xəsarət yetirmişdir. X.Hüseynov Salyan RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.