Biləcəri qəsəbə sakini Elmir Kərimov tutulmuşdur
26.07.2012İyulun 26-da Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində, Elmir adlı şəxs şəhər sakini Əhməd Novruzquliyevin idarə etdiyi "Daewoo-Nexiya" markalı avtomaşına sərnişin qismində oturub, A.Məhərrəmov küçəsinə gedəcəyini bildirmişdir. A.Məhərrəmov küçəsində həmin şəxs Ə.Novruzquliyevi döyərək ondan 79 manat pul alıb, avtomaşından düşərək getmişdir. Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Biləcəri qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elmir Kərimov tutulmuşdur.