Gün ərzində 47 cinayət faktı qeydə alınmışdır
24.07.2012Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 47 cinayət faktı qeydə alınmış, onların da 20-i “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 24 nəfər tutulmuşdur.