Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
24.07.2012İyulun 25-də saat 01.30 radələrində Gəncə şəhəri ərazisində, şəhər sakini Xəyal Səmədov "Opel" markalı avtomaşını idarə edərkən yolu keçən Samux rayon sakini Ələddin Abdullayevi vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.