Şəki rayonu ərazisində yol-nəqliyyat hadisəsi
23.07.2012İyulun 24-də saat 09.30 radələrində Şəki rayonu ərazisində, Balakən rayon sakini Məhəmməd Cüciyevin idarə etdiyi "Toyota Land Kruiser" və Oğuz rayon sakini Qəhrəman Əfəndiyevin idarə etdiyi "VAZ-21011" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Q.Əfəndiyevin sərnişinlərindən Nurcahan Əfəndiyeva hadisə yerində ölmüş, özü və digər sərnişini isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.