Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi
23.07.2012İyulun 24-də saat 20.10 radələrində Nərimanov rayonu ərazisində, Gədəbəy rayon sakini Nofəl Əmrahovun və Bakı şəhər sakini Natiq İsaqovun idarə etdikləri "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə N.Əmrahov hadisə yerində ölmüş, xəsarət almış N.İsaqov və sərnişini Namiq Adıgözəlov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri ağırdır.