Yardımlı rayon sakini Rauf Şahbazova qarşı zor tətbiq edərək ondan pul almış Bakı şəhər sakini Sərvət Cəbiyev tutulmuşdur
23.07.2012İyulun 24-də Sabunçu Dəmir Yolu Stansiyasının ərazisində, 4 naməlum şəxs Yardımlı rayon sakini Rauf Şahbazova qarşı zor tətbiq edərək ondan 100 manat pul almışdır. Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən biri Bakı şəhər sakini Sərvət Cəbiyev tutulmuşdur.