Nizami rayonu H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi
21.07.2012İyulun 22-də saat 02.20 radələrində Nizami rayonu H.Əliyev prospektində Ağstafa rayon sakini Ulduz Mansurov idarə etdiyi "Mercedes" markalı avtomaşını yolun kənarında dayanmış "Ford" markalı avtomaşına vurmuşdur. Nəticədə hadisə yerinin yaxınlığında olan yol xətlərini təmir edən işçilər - 30-35 yaşlı kişi hadisə yerində ölmüş, xəsarət almış Vüqar İbrahimov, İlqar Əmirov, habelə U.Mansurovun sərnişinləri, Bakı şəhər sakinləri Leyla Rüstəmova, Oqtay Mustafayev və Namiq Həsənov xəstəxanaya yerləşdirilmişlər.
Nizami RPİ tərəfindən araşdırma aparılır.
Nizami RPİ tərəfindən araşdırma aparılır.