Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi
21.07.2012İyulun 22-də saat 00.10 radələrində Qaradağ rayonu ərazisində Füzuli rayon sakini Sabit Rəsulovun idarə etdiyi "Opel-Vectra" markalı və Şirvan şəhər sakini Arif Saqiyevin idarə etdiyi "Chevrolet-Niva" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış A.Saqiyev, habelə S.Rəsulovun sərnişinləri - Bakı şəhər sakinləri Elnarə İbişova və onun əri Afiq xəstəxanaya yerləşdirilmişlər.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.