Narkotik vasitə ilə tutulmuş Gürcüstan vətəndaşı Koba Kvaxadzenin digər cinayət əməlləri müəyyən edilmişdir
17.07.2012Nəsimi RPİ əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Gürcüstan vətəndaşı Koba Kvaxadzenin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun 2011-ci ildə müxtəlif vaxtlarda Türkiyə vətəndaşı Aydın Fərhadın, Bakı şəhər sakinləri Vüqar Qasımovun, Nərgiz Quliyevanın, Fərid Mövludzadənin və Hüseyn Balayevin mənzillərindən də qızıl əşyaları və pul oğurlaması müəyyən edilmişdir.