Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Oğuz rayon sakini İ.Məmmədəliyev ölmüş,3 nəfər xəsarət almışdır
17.07.2012İyulun 18-də saat 23.00 radələrində Oğuz rayonunun Dəymədərə kənd sakini İlqar Məmmədəliyevin idarə etdiyi "VAZ-2106" markalı və Bakı şəhər sakini Kamran Sultanovun idarə etdiyi "Chevrolet" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış İ.Məmmədəliyev və sərnişinləri, Dəymədərə kənd sakinləri Nəzakət Daşdəmirova, Elsevər Daşdəmirov və onun qardaşı Cavid xəstəxanaya yerləşdirilmişlər. İ.Məmmədəliyev orada ölmüşdür.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.