Paytaxtın Nəsimi rayonu ərazisində E.Məmmədova qarşı zor tətbiq edərək mobil telefonunu ondan almış Lənkəran şəhər sakini C.Kərimov tutulmuşdur
26.06.2012Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 27-də M.Qaşqay küçəsində Ordubad rayon sakini Etibar Məmmədova qarşı zor tətbiq edərək mobil telefonunu ondan almış Lənkəran şəhər sakini Cəbrayıl Kərimov tutulmuşdur. C.Kərimovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun, iyunun 20-də Xəqani küçəsindəki "Sahil" bağında Bakı şəhər sakini Növran Allahverdiyevə məxsus 15 manat və şəxsi sənədlərini oğurlaması da müəyyən edilmişdir.