Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bir neçə rayon ərazisindən yabanı halda bitmiş çətənə kollarını yığılaraq məhv edilmişdir

26.06.2012

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Yevlax RPŞ əməkdaşları Əcəmi kəndi ərazisindən çəkisi 3 ton 458 kiloqram olan 25527 ədəd,  Şəki ŞRPŞ əməkdaşları Aşağı Kəldək kəndi ərazisindən çəkisi 9 ton 200 kiloqram olan 92.000 ədəd, Kəpəz RPŞ əməkdaşları Gəncə şəhəri ərazisindən çəkisi 1448 kiloqram olan 18.487 ədəd, Ağstafa RPŞ əməkdaşları Qırlı kəndi ərazisindən çəkisi 4 ton 300 kiloqram olan 10.500 ədəd, Hacıqabul RPŞ əməkdaşları Ağacanlı kəndi ərazisindən çəkisi 1 ton 300 kiloqram olan 2600 ədəd, Qusar RPŞ əməkdaşları Zindan-Muruq kəndi ərazisindən çəkisi 1862 kiloqram olan 2675 ədəd yabanı halda bitmiş çətənə kollarını yığaraq məhv etmişlər.

26.06.2012 tarixinə olan kriminal məlumatlar