Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

İki dəfə infarkt keçirmiş Sumqayıt şəhər sakini A.Xudiyev polis bölməsinə aparılarkən infarktdan ölmüşdür

25.06.2012

İyunun 26-da saat 03.30 radələrində Sumqayıt şəhər sakini Zöhrab Vahidovun idarə etdiyi "Mercedes" markalı avtomaşına sərnişin qisimində oturmuş sərxoş halda olan Sumqayıt şəhər sakini Atəş Xudiyev sürücüyə maneəçilik törətdiyinə və təhqir etdiyinə görə, Z.Vahidov avtomaşınını 3-cü mikrorayonun ərazisində xidmət aparan Sumqayıt ŞPİ Post-Patrul Xidməti Taborunun patrul avtomaşınının yanına sürərək şikayətini bildirmişdir.
A.Xudiyev, Z.Vahidovla birgə 3-cü Polis Bölməsinə aparılarkən yolda səhhəti pisləşmiş və Polis Bölməsinə çatdıqdan sonra əvvəllər iki dəfə infarkt keçirdiyini bildirmiş və cibindəki dərmanı qəbul etmişdir.
Polis Bölməsinə təcili tibbi yardım maşını çağırılmışdır. Lakin tibb işçiləri tərəfindən müayinə edilən A.Xudiyev infarktdan ölmüşdür.

25.06.2012 tarixinə olan kriminal məlumatlar