Qaradağ rayonu ərazisində mal-qara oğurlamağa cəhd etmiş naməlum şəxs avtobusla vurulması nəticəsində ölmüşdür
25.06.2012İyunun 26-da Qaradağ rayonu ərazisində, Lökbatan-Xocəsən yolunun kənarında Bakı şəhər sakini Natiq Səfərov qoyun otararkən naməlum şəxs qoyunlardan birini götürüb qaçdığından Natiq onu təqib etmişdir. Tutulacağını hiss etmiş həmin şəxs qoyunu atıb yolu keçərkən Babək rayon sakini Hümbət İbrahimovun idarə etdiyi "Otoyol" markalı avtobusla vurulmuş və aldığı xəsarətdən xəstəxanada ölmüşdür.
Qaradağ RPİ tərəfindən ilkin yoxlama aparılır.
Qaradağ RPİ tərəfindən ilkin yoxlama aparılır.